Türkiyədə yol qəzası - 23 yaralı

   Türkiyədə yol qəzası -    23 yaralı
  19 Mart 2022    Oxunub:808
Türkiyənin Adana şəhərində sərnişin avtobusu qəza törədib. Hadisə nəticəsində 23 nəfər yaralanıb.
AzVision.az A Haber telekanalına istinadən xəbər verir ki, qəza Kadırlı-Adana yolunda, Hacıbəyli məhəlləsində baş verib.

Bildirilir ki, Ceyhan istiqamətində hərəkət edən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxıb. Qəzadan sonra 23 nəfər xəstəxanaya yerləşdirilib, onlardan dördünün vəziyyəti ağırdır.

AzVision.az



Teqlər:



Xəbər lenti