"Schlumberger" Rusiyaya investisiyaları dayandırdı

   "Schlumberger"    Rusiyaya investisiyaları dayandırdı
  19 Mart 2022    Oxunub:1136
Neft və qaz hasilatı sahəsində xidmət göstərən dünyanın ən böyük şirkətlərindən olan "Schlumberger" Rusiyada yeni investisiyaların dayandırıldığını elan edib. AzVision.az xəbər verir ki, bu barədə Amerika şirkəti bəyanat yayıb.
"Biz Ukraynada münaqişənin gərginləşməsini böyük narahatlıqla izləyirik. Vəziyyətin inkişafı ilə əlaqədar olaraq irəliyə doğru yolumuzu qiymətləndirdik və Rusiyadakı əməliyyatlarımız üçün yeni investisiya, texnologiyaların tətbiqini dərhal dayandırmaq qərarına gəldik", - bəyanatda deyilir.

Qeyd edək ki, "Schlumberger" layların qiymətləndirilməsi, quyuların tikintisi, hasilatın idarə edilməsi və emal texnologiyaları üzrə dünyanın aparıcı təchizatçısıdır. 85-dən çox ölkədə işləyir. Şirkətin baş ofisi Paris, Hyuston, London və Haaqada yerləşir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti