"Aİ Ukraynanın bərpasında rusların aktivlərindən istifadə edə bilər" - Bloomberg

         "Aİ Ukraynanın bərpasında rusların aktivlərindən istifadə edə bilər" -    Bloomberg
  19 Mart 2022    Oxunub:1253
Avropa İttifaqı rəsmiləri müharibədən sonra Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün sanksiyaya məruz qalan rus oliqarxlarının aktivlərindən istifadə imkanlarını müzakirə edirlər. AzVision.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlum proseslərlə əlaqəsi olan mənbələrə istinadən yazıb.
Qeyd edilir ki, ideya erkən mərhələdədir və hələlik qərar verilməyib. Sayt mənbəsindən sitat gətitrərək yazır ki, əsas ehtimallardan biri aktivlərdən müharibə təzminatlarını maliyyələşdirmək üçün istifadə etməkdir.

"Rus biznesmenlərə qarşı sanksiyalar ləğv edilməyəcək" - Tras
Bu aktivlərlə nə ediləcəyinə dair qərar isə Aİ-yə üzv dövlətlərin ixtiyarında olacaq. Hazırda aktivlər yalnız dondurulub.

"Bloomberg" xatırladır ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Aİ onlarla rus oliqarxına, o cümlədən ölkənin ən zəngin milyarderlərinə qarşı sanksiyalar tətbiq edib. Onların yaxtaları, şəxsi təyyarələri və villalarına həbs qoyulub. Təkcə İtaliya təxminən 780 milyon avro dəyərində aktivlərini dondurub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti