|
| Ukraynada Rusiyanın 4 generalı öldürülüb |
Xatırladaq ki, eyni aerodromda rusların mövqeləri ilk dəfə fevralın 27-də vurulub. Ukraynaya məxsus “bayraktarlar”ın zərbəsindən sonra Rusiya həmin yerə yeni helikopterlər yerləşdirmək məcburiyyətində qalmışdı. Martın 7 -də isə ukraynalılar eyni ərazidə 30-a yaxın helikopteri sıradan çıxardıqlarını açıqladılar. Martın 16-da Rusiya ordusunun daha 7 döyüş helikopterinin məhv edilməsi barədə məlumat yayıldı. Maraqlıdır ki, oxşar uğurlu əməliyyatların hamısı məhz eyni məkanda- Çernobaevkada baş tutub.
Bu gün də Ukrayna hərbçilərin martın 18-də növbəti dəfə Çernobaevkada Rusiya Cənub Hərbi Dairəsinin 8-ci birləşmiş silahlı ordusunun komandanlıq məntəqəsini ordu komandiri ilə birlikdə dağıtdıqları barədə məlumat yaydı. Ukrayna rəhbərliyi xeyli sayda təyyarə və helikopterlərin sıradan çıxarıldığını və ya zədələndiyini bəyan edib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


