Bakıdan Kiyevə 30 ton humanitar yardım göndərilib

   Bakıdan Kiyevə 30 ton humanitar yardım göndərilib
  19 Mart 2022    Oxunub:828
Bakı şəhərindən Kiyev sakinlərinə 30 ton humanitar yardım göndərilib.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq və digər zəruri mallardan ibarət humanitar yardım Bakı Şəhəri ilə qardaşlaşmış Kiyev şəhərinin sakinlərinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti