Rusiya kəşfiyyata çıxan avtomobil kolonunu raketlə vurdu - VİDEO

   Rusiya kəşfiyyata çıxan avtomobil kolonunu raketlə vurdu -    VİDEO
  19 Mart 2022    Oxunub:2600
Rusiya mediası Ukraynada xüsusi kəşfiyyat qrupunun vurulması barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar Müdafiə Nazirliyinə istinad ediblər.
Bildirilir ki, hərbçilər Ukrayna qoşunlarının kəşfiyyat-təxribat bölməsini yüksək dəqiqlikli silahlarla sıradan çıxarıblar.

Rusiya Ukraynanı ilk dəfə hipersəs raketlə vurdu: Yeraltı anbar dağıdılıb
"Müdafiə nazirliyi xüsusi əməliyyatla bağlı video yayıb. Görüntüərdə təxribat qrupunun hərəkət etdiyi bir neçə "Humvee" markalı amerika hərbi maşınlarından ibarət qrupun hərəkəti müşahidə edilir. Çəkilişlər dronla aparılıb. Sonda isə amerikan hərbi avtomobillərin dəqiqi atəşlə partladılması göstərilir.

Nazirlik qeyd edib ki, ABŞ istehsalı olan 4 hərbi yolsuzluq avtomobilində kəşfiyyat və axtarış əməliyyatları aparılırmış. Yüksək dəqiqlikli raket silahları ilə endirilən zərbədələrdən sonra qruplaşmanın planları sıradan çıxarılıb", - məqalədə yazılıb.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyi Ukraynada ilk dəfə olaraq hipersəs raket olan "Kinjal"dan istifadə etmələrinə dair məlumat yaymışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Raket   Kəşfiyyat  



Xəbər lenti