Zelenskinin ofisi Rusiya ilə münaqişənin səbəbkarını tapıb

Zelenskinin ofisi Rusiya ilə münaqişənin səbəbkarını tapıb
  19 Mart 2022    Oxunub:1741
Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun NATO-ya üzvlük kursunu konstitusiyada təsbit etmək məqsədi Rusiyanın xüsusi hərbi əməliyyatının səbəblərindən biri oldu
AzVision.az xəbər verir ki, bunu Ukrayna dövlət başçısının aparat rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Bu Poroşenkonun şəxsi seçkiqabağı PR texnologiyası idi. O, artıq bilirdi ki, NATO bizi heç vaxt qəbul etməyəcək", - "Ukrayna News" Aretoviçin sözlərindən sitat gətirir. Onun fikrincə, hazırda gərginliyin artmasında “konstitusiyada bu normanı qəbul edib təbliğ edənlər” də məsuliyyət daşıyırlar.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti