“Fitch Ratings” Ermənistan iqtisadiyyatı üzrə artım göstəricisini aşağı endirib

   “Fitch Ratings”    Ermənistan iqtisadiyyatı üzrə artım göstəricisini aşağı endirib
  19 Mart 2022    Oxunub:879
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Ermənistan iqtisadiyyatının artımı ilə bağlı proqnozunu 5,3%-dən 1,3%-ə endirib.
AzVision.az xəbər verir ki, bu barədə agentliyin saytında bildirilir.

Qeyd olunub ki, Rusiyada dərin tənəzzül və rus rublunun güclü ucuzlaşması Ermənistan ixracına zərbə vuracaq:

“Ukraynadakı münaqişə ilə bağlı məhdudiyyətlər və Rusiyaya qarşı sanksiyalar bizi 2022-ci il üçün artım proqnozumuzu kəskin şəkildə nəzərdən keçirməyə məcbur edib. Çünki xüsusilə Rusiyaya ixracat artımı dayanıb və pul köçürmələri azalır”, - “Fitch Ratings” məlumatında deyilir.

Eyni zamanda, 2021-ci ilə kimi Ermənistana mal ixracının 28%-nin, idxalın 37%-nin və turist səfərlərinin, birbaşa xarici investisiyaların və pul köçürmələrinin 40%-nin Rusiyanın payına düşdüyü qeyd edilir.

“Fitch” 2022-ci ildə Ermənistanda inflyasiyanın orta hesabla 8,5% olacağını proqnozlaşdırır ki, bu da ölkənin Mərkəzi Bankının məqbul diapazonundan yuxarıdır.

AzVision.az



Teqlər: Ermənistan   İqtisadiyyat  



Xəbər lenti