TANAP üzrə yekun qərar ayın sonu veriləcək

TANAP üzrə yekun qərar ayın sonu veriləcək
  13 Aprel 2014    Oxunub:1168
Aprelin sonunda Trans-Anadolu Boru Kəməri layihəsi üzrə yekun investisiya qərarı hazırlanacaq.

Aprelin sonunda Trans-Anadolu boru kəməri layihəsi (TANAP) üzrə yekun investisiya qərarı hazırlanacaq.

AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində deyib.

R.Abdullayev qeyd edib ki, TANAP layihəsi çərçivəsində işlər nəzərdə tutulan qrafik üzrə aparılır. Boru xəttinin keçəcəyi bütün ərazilərdə xəritələr çəkilmiş və geoloji işlər aparılmışdır. Artıq 900 kilometrə yaxın ərazi sənədləşdirilərək Türkiyənin “BOTAŞ” şirkətinə verilmişdir. Bu ilin sonunadək kəmərin təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılmışdır. Əsas işlər isə 2015-ci ildə həyata keçiriləcək.

ARDNŞ-nin prezidenti bildirib ki, gələn həftənin sonunda Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız ilə görüşdə bu ölkənin TANAP layihəsinin tikintisində əlavə 10 faiz payı əldə etmək istəyi müzakirə olunacaqdır. Bundan sonra TANAP-ın pay bölgüsündə layihənin tərəfdaşları - ARDNŞ-nin 58, bp-nin 12, Türkiyə şirkəti olan “BOTAŞ-TPAO”un isə 30 faiz paya sahib olması nəzərdə tutulub.


Teqlər:  





Xəbər lenti