Zelenski İsveçrə əhalisinə səslənib

Zelenski İsveçrə əhalisinə səslənib
  19 Mart 2022    Oxunub:1003
Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrə əhalisinə müraciət edib.
AzVision.az xarici mediaya istinadla xəbərinə görə, əhali paytaxt Bernin mərkəzi meydanında qoyulmuş monitorlarda dövlət başçısının müraciətini izləyib.

“Mən isveçrəli dostlarımı Ukrayna xalqı adından salamlayır və dəstəyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Mən dəfələrlə İsveçrədə olmuşam və hər dəfə özümə sual vermişəm: nə üçün biz bu həyat səviyyəsinə, bu sülh şəraitinə çata bilmirik? İstərdim ukraynalılar da isveçrəlilər kimi yaşasın” Zelenski vurğulayıb.

Çıxış zamanı ekranda Zeleskinin təsviri yer almayıb.

AzVision.az



Teqlər: Zelenski   İsveçrə  



Xəbər lenti