Lavrov: "OPEC+ formatının dağılacağına inanmağın əsası yoxdur"

   Lavrov:    "OPEC+ formatının dağılacağına inanmağın əsası yoxdur"
  17 Mart 2022    Oxunub:467
Hazırda OPEC+ mexanizminin dağılacağına inanmaq üçün heç bir əsas yoxdur.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Neft bazarında yeni iştirakçıların meydana çıxması ilə bağlı biz hamımız OPEC+ formatına sadiqik, burada hər bir iştirakçı üçün kvotalar konsensus əsasında müzakirə edilir və razılaşdırılır”, - Lavrov əlavə edib.

AzVision.az



Teqlər: Lavrov   OPEK  



Xəbər lenti