Türkiyədə daha 105 nəfər koronavirusdan vəfat edib

Türkiyədə daha 105 nəfər koronavirusdan vəfat edib
  19 Mart 2022    Oxunub:1719
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 105 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 295 min 004 nəfərin test edildiyi, 17 min 328 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 18 min 269 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

AzVision.az



Teqlər: Türkiyə   Korona  



Xəbər lenti