Vergilər Nazirliyindən büdcəyə bir milyarddan çox vəsait daxil olub

Vergilər Nazirliyindən büdcəyə bir milyarddan çox vəsait daxil olub
  13 Aprel 2014    Oxunub:1308
1 milyard 762 milyon 920,6 min manat məbləğin yarıdan çoxu qeyri neft sektorundan daxil olub.
2014-cü ilin yanvar-mart aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard 762 milyon 920,6 min manat təşkil edib.

Nazirliyin analitik-informasiya şöbəsindən AzVision.az-a bildiriblər ki, bu məbləğin 31,5 faizi mənfəət vergisinin, 27,3 faizi əlavə dəyər vergisinin, 12,1 faizi aksizlərin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 16,2 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft sektoru üzrə büdcəyə 977 milyon 249,6 min manat vəsait daxil olub.

Yanvar-mart aylarında respublika üzrə 22 min 239 vergi ödəyicisi qeydiyyata alınıb. Bu il aprelin 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 556 min 862 nəfər təşkil edib.

Qeyd edək ki, ötən dövrdə respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,3 faiz təşkil edib.


Teqlər:





Xəbər lenti