Zelenskidən Üçüncü Dünya Müharibəsi xəbərdarlığı

   Zelenskidən Üçüncü Dünya Müharibəsi  xəbərdarlığı
  20 Mart 2022    Oxunub:926
"Putinlə danışıqlara hazıram. Son iki ildə də hazır idim. Və hesab edirəm ki, danışıqlar olmadan biz bu müharibəni dayandıra bilməyəcəyik". AzVision.az xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın CNN telekkanalına müsahibəsində deyib.
"Düşünürəm ki, danışıqlar aparmaq və Putinlə danışa bilmək üçün istənilən formatdan, istənilən şansdan istifadə etməliyik. Amma cəhdlər uğursuzluqla nəticələnərsə, bu, üçüncü dünya müharibəsi deməkdir", - o əlavə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti