Rusiya Mariupoldan şərq və qərbə humanitar dəhlizlər açacaq

   Rusiya Mariupoldan şərq və qərbə humanitar dəhlizlər açacaq
  21 Mart 2022    Oxunub:1076
Sabah Moskva vaxtı ilə saat 10:00-dan etibarən Rusiya tərəfi Mariupoldan həm şərqə, həm də qərbə humanitar dəhlizlər açacaq. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiəyə Nəzarət Milli Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyi döyüşən tərəflərə tam sükut rejimi elan etməyi təklif edir və martın 21-i Moskva vaxtı ilə saat 9:30-dan etibarən ona ciddi riayət olunmasına zəmanət verir.

O, əlavə edib ki, təxliyə zamanı hər bir Mariupol vətəndaşına və xarici vətəndaşa könüllü olaraq humanitar dəhlizlərdən istənilən birini seçmək və ya bloklanmamış şəhərdə qalmaq hüququ təmin edilir.

Müdafiə Nazirliyi bu təkliflərə saat 5:00-a qədər Kiyevdən yazılı cavab almaq istəyir.

AzVision.az


Teqlər:



Xəbər lenti