Ukraynada erməni hərbçilər zərərsizləşdirilib

   Ukraynada erməni hərbçilər zərərsizləşdirilib
  21 Mart 2022    Oxunub:1299
Ukrayna hərbçiləri Rusiya ordusunda döyüşən erməni hərbçiləri məhv edib.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, onlardan biri desantçı, 29 yaşlı Arman Kazaryandır. Ermənistanın diaspor fəallarından biri Ukraynadakı müharibə zamanı daha bir erməninin öldürüldüyünü xəbər veriblər. Lakin həmin şəxsin adı açıqlanmır.

Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib.

AzVision.az


Teqlər:



Xəbər lenti