Ukrayna ordusu Rusiyanın 7 hava hədəfini məhv edib

   Ukrayna ordusu    Rusiyanın 7 hava hədəfini məhv edib
  21 Mart 2022    Oxunub:1167
“Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri son sutkada Rusiyanın 7 hava hədəfini - 1 qırıcısını, 4 PUA-sını və 2 qanadlı raketini məhv edib”.
AzVision.az xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyi feysbuk səhifəsində yayıb. Qeyd olunur ki, bombardmançı və yerüstü hücum təyyarələri texnika və Rusiya ordusunun canlı qüvvəsinə sarsıdıcı zərbələr endirilib. Baş Qərargahdan qeyd edilib ki, son 24 saat ərzində Müdafiə Qüvvələrinin mövqeyi və hərəkətlərinin xarakterində ciddi dəyişikliklər baş verməyib:

"İşğal altında olan ərazilərdə yerli əhaliyə qarşı terror və talanları davam edir. Onlar məişət və avtomobil texnikalarını, ərzaq və başqa malları Rusiyaya daşıyırlar. Ukrayna Silahlı Qüvvələri müdafiə qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək bütün istiqamətlərdə işğalçıya layiqli cavab verir. Düşmənin təchizat karvanlarının dağıdılması da davam edir”, - nazirlikdən vurğulanıb.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti