Tokayev: “Qazaxıstanı genişmiqyaslı islahatlar gözləyir”

   Tokayev:    “Qazaxıstanı genişmiqyaslı islahatlar gözləyir”
  21 Mart 2022    Oxunub:894
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almatıda Novruz bayramı münasibətilə keçirilən tədbirdə çıxışı zamanı ölkədə genişmiqyaslı islahatların aparılacağını bildirib.
Bu barədə AzVision.az “TASS”a istinadən xəbər verir. “Bizi genişmiqyaslı islahatlar gözləyir, qarşıda yeni Qazaxıstanın quruculuğu var. Və sizinlə, gənclərlə birlikdə bu yeni ölkəni, yeni Qazaxıstanı, ikinci respublikanı mütləq quracağıq və buna da nail olacağıq”,- deyə o bildirib.

Qazaxıstanın dövlət başçısı xatırladıb ki, yanvar iğtişaşları zamanı Alma-Ata quldurların və terrorçuların əsas ağırlığını öz üzərinə götürüb, günahsız insanlar həlak olub və yaralanıb, şəhərin infrastrukturuna külli miqdarda ziyan dəyib. "Almatılılar, buna görə sizə minnətdaram, dövlətçiliyimiz üçün misli görünməmiş təhlükə qarşısında çəkinmədiniz. Siz kritik anda mitinq etdiniz, bütün ölkə sizinlə idi. Xalqımızın birliyi və həmrəyliyi sayəsində., biz bu ağır sınaqdan çıxdıq”.


AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti