Çində içərisində 133 nəfər olan təyyarə qəzaya uğrayıb

   Çində içərisində    133 nəfər olan təyyarə qəzaya uğrayıb
  21 Mart 2022    Oxunub:1061
Çinin cənubunda “China Eastern” hava yolları şirkətinə məxsus“ Boeing-737” markalı sərnişin təyyarəsi qəzaya uğrayıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Çinin Mərkəzi Televiziyası yayıb. Məlumata görə, təyyarənin göyərtəsində 133 nəfər var. Hazırda axtarış-xilasetmə işləri aparılır. Qəza yerində meşə yanğınının başladığı məlum olub.

AzVision.az


Teqlər: Təyyarə   Çin  



Xəbər lenti