Ceyhun Bayramov Lavrovla regionu və Ukraynanı müzakirə edib

   Ceyhun Bayramov Lavrovla regionu və Ukraynanı müzakirə edib
  21 Mart 2022    Oxunub:1561
Martın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə AzVision.az -a XİN-dən məlumat verilib. Bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı nazirlər Ukrayna ətrafındakı vəziyyət, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

AzVision.az



Teqlər: Ukrayna   Region  



Xəbər lenti