Kiyevdə iki gün komendant saatı olacaq

   Kiyevdə  iki gün komendant saatı olacaq
  21 Mart 2022    Oxunub:840
Ukraynanın paytaxtı Kiyev şəhərində gücləndirilmiş komendant saatı tətbiq ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, komendant saatı bu gün saat 20:00-dan başlayacaq və 23 mart saat 07:00-a kimi davam edəcək. Komendant saatı müddətində mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri və digər obyektlər işləməyəcək.

"Ona görə də hamıdan xahiş edirəm ki, evdə və ya sığınacaqlarda qalsınlar. Yalnız xüsusi buraxılışları olan avtomobillər şəhər ətrafında hərəkət edə biləcək".

AzVision.az



Teqlər:



Xəbər lenti