Rumıniya 500 minə yaxın ukraynalı qaçqını qəbul edib

Rumıniya 500 minə yaxın ukraynalı qaçqını qəbul edib
  21 Mart 2022    Oxunub:1084
Son 24 saat ərzində Rumıniyaya nəzarət-buraxılış məntəqələri vasitəsilə 68 min 161 nəfər daxil olub ki, onlardan 10 min 699-u Ukrayna vətəndaşıdır.
AzVision.az xəbər verir ki, bu barədə Rumıniya Sərhəd Polisinin Baş Müfəttişliyi məlumatında bildirilib. Ukrayna ilə Rumıniyanın sərhədindən 5390 Ukrayna vətəndaşı, Moldova Respublikası ilə sərhədindən isə 3588 Ukrayna vətəndaşı ölkəyə daxil olub. Fevralın 24-dən bu günə kimi 491 min 165 Ukrayna vətəndaşı Rumıniyaya daxil olub.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti