Honkonq doqquz ölkə ilə uçuşları bərpa edir

Honkonq doqquz ölkə ilə uçuşları bərpa edir
  21 Mart 2022    Oxunub:990
Aprelin 1-dən Honqkonq hakimiyyəti ilin əvvəlində koronavirusun omikron ştammının yayılması ilə əlaqədar tətbiq edilən doqquz ölkə ilə uçuşlara qoyulan qadağanı ləğv edəcək.
AzVision.az xəbər verir ki, bu barədə mətbuat konfransında yerli administrasiyanın rəhbəri Kerri Lam bildirib. Belə ki, Avstraliya, Böyük Britaniya, Hindistan, Nepal, Kanada, ABŞ, Pakistan, Filippin və Fransaya uçuşlar bərpa olunacaq.

Bundan əlavə, rayon rəhbərinin sözlərinə görə, ölkədə qalmanın altıncı və yeddinci günündə COVID-19-a dair testlər mənfi nəticə verərsə, sərnişinlər üçün otellərdə karantin müddəti iki həftədən bir həftəyə endirilə bilər. Eyni zamanda, Honqkonqa giriş hələ də yalnız şəhər sakinləri üçün açıqdır.

AzVision.az



Teqlər: Honkonq  



Xəbər lenti