Rusiya hərbi attaşesi Britaniya Müdafiə Nazirliyinə çağırılıb

   Rusiya hərbi attaşesi Britaniya Müdafiə Nazirliyinə çağırılıb
  21 Mart 2022    Oxunub:1256
Rusiya hərbi attaşesi Ukraynada keçirilən hərbi əməliyyatla bağlı Böyük Britaniya Müdafiə Nazirliyinə çağırılıb.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib. “Rusiya Müdafiə Attaşesi Ukraynaya əsassız müdaxilə və Rusiya Silahlı Qüvvələrinin hərəkətləri ilə bağlı ikinci dəfə Müdafiə Nazirliyinə çağırılıb”, - məlumatda deyilir.

Qeyd olunub ki, Britaniya müdafiə nazirinin ikinci müavini Lourens Li Rusiya qoşunlarının günahsız mülki şəxslərə qarşı törətdiyi aramsız və əsassız zorakılıq aktlarına ən sərt şəkildə etiraz edib və Rusiyanın Cenevrə Konvensiyasından irəli gələn öhdəliklərini xatırladıb.

Li bildirib ki, məktəblər, teatrlar və xəstəxanalar hərbi hədəflər olmamalıdır. O, Böyük Britaniyanın müharibə cinayətlərinə dair sübutlar toplayacağı ilə bağlı xəbərdarlıq edib və Böyük Britaniyanın Rusiya Federasiyasından qoşunlarını dərhal geri çəkməsi tələbini təkrarlayıb.

AzVision.az



Teqlər: Rusiya   Attaşe   Britaniya  





Xəbər lenti