Aİ Ukraynaya yardımı 1 milyard avroya qədər artıracaq

   Aİ Ukraynaya yardımı 1 milyard avroya qədər artıracaq
  21 Mart 2022    Oxunub:1004
Almaniya Rusiyanın genişmiqyaslı işğalı fonunda Ukraynaya əlavə silahların verilməsini və bu təchizat üçün Avropanın maliyyələşdirilməsini dəstəkləyir. AzVision.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
Onun sözlərinə görə, Aİ Şurasının Brüsseldə keçiriləcək iclasında Ukraynaya Avropa İttifaqından silah və təchizat tədarükü üçün ayrılan maliyyənin ikiqat artırılması, 1 milyard avroya qədər qərar veriləcək.

"Ukraynanın əlavə silahlara ehtiyacı var və biz Almaniya tərəfi olaraq bunu dəstəkləyirik. Almaniya hökuməti alman silah istehsalçılarının Kiyevin sifarişlərini tez yerinə yetirməsinə nəzarət edəcək. Bu barədə açıq danışa bilməzsiniz, çünki bu, ölüm-dirim məsələsidir".

AzVision.az



Teqlər: Almaniya   Ukrayna  



Xəbər lenti