Rusiyada facebook və instaqram qadağan olundu

   Rusiyada facebook və instaqram qadağan olundu
  21 Mart 2022    Oxunub:1972
Moskvanın Tver Məhkəməsi Rusiyada facebook və instaqram sosial şəbəkələrinin fəaliyyətini ekstremizmlə bağlı qadağan edib.
AzVision.az xəbər verir ki, qərar dərhal icra ediləcək. “Meta” şirkətinin ekstremist kimi tanınması ilə bağlı iddia Baş Prokurorluq tərəfindən qaldırılıb. İddiaya görə instaqram Rusiya qoşunlarının Ukraynadakı müharibəylə bağlı saxtakarlığın silinməsi ilə əlaqədar 4,5 mindən çox müraciətə, icazəsiz mitinq çağırışlarına məhəl qoymayıb.

Prokurorluq qeyd edib ki, qərar WhatsApp messencerinə şamil edilmir, lakin insanlar yalnız bu xidmətlərdən istifadə etdiklərinə görə cəzalandırılmayacaqlar.

AzVision.az


Teqlər: Rusiya  



Xəbər lenti