İlham Əliyev Si Cinpinə başsağlığı verib

   İlham Əliyev Si Cinpinə başsağlığı verib
  21 Mart 2022    Oxunub:1214
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib.
AzVision.az -ın məlumatına görə, başsağlığıda deyilir:

Çində içərisində 133 nəfər olan təyyarə qəzaya uğrayıb
"Hörmətli cənab Sədr,

Çinin cənubunda “China Eastern Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

AzVision.az



Teqlər:   İlham-Əliyev   Çin  



Xəbər lenti