Yeni Zelandiya Ukrayna ordusu üçün pul ayırdı

Yeni Zelandiya Ukrayna ordusu üçün pul ayırdı
  21 Mart 2022    Oxunub:909
Yeni Zelandiya Ukraynaya öldürücü olmayan silahların alınması üçün 3,5 milyon ABŞ dolları ayıracaq və öz ehtiyatlarından zirehli vasitələr göndərəcək.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Casinda Ardern bildirib. Baş nazir qeyd edib ki, silahların alınması üçün vəsait Ukrayna Silahlı Qüvvələri üçün yanacaq, hərbi pay, rabitə vasitələri və hərbi ilk tibbi yardım çantalarının tədarükü ilə təmin olunan Şimali Atlantika Alyansının trast fonduna yönəldiləcək. “Bu, Yeni Zelandiyanın silah və qeyri-öldürücü hərbi texnika üçün birbaşa maliyyə ayırdığı ilk dəfədir”, - deyə Ardern bildirib.

Öz ehtiyatlarından hərbi texnikanın tədarükü çərçivəsində Yeni Zelandiya Ukraynaya taktiki qoruyucu vasitələr, xüsusən 1066 zirehli gödəkcə, 473 qoruyucu dəbilqə və 571 kamuflyaj bədən zirehi göndərəcək.

AzVision.az


Teqlər: Yeni-Zelandiya  



Xəbər lenti