Avropa radiasiyadan qorunma vasitələri nin ehtiyatlarını artırır

   Avropa    radiasiyadan qorunma vasitələri   nin ehtiyatlarını artırır
  21 Mart 2022    Oxunub:1720
Avropa İttifaqı yod preparatları və radiasiyaya qarşı fərdi qoruyucu vasitələrin ehtiyatlarını artırmağa çalışır.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi “Financial Times” nəşrinə məlumat verib.
Qeyd olunub ki, komissiya ümumilikdə kimyəvi, bioloji, radioloji və nüvə (CRBN) təhlükələri sahəsində hazırlığın artırılması üzərində işləyir və belə səylər hələ Ukraynadakı döyüşlərdən əvvəl də görülməyə başlayıb.

Keçən il, sağlamlıqla bağlı gələcək fövqəladə halları müəyyən etmək və hazırlamaq üçün Avropa Səhiyyə Fövqəladə Hallara Müdaxilə Təşkilatı (HERA) yaradılıb. Avropa Parlamentinin deputatlarının fikrincə, Ukrayna hadisələri ilə bağlı HERA-nın işini sürətləndirmək lazımdır: “Biz koronavirus pandemiyasından mühüm dərslər çıxarmalıyıq. Nüvə obyektləri ilə bağlı konkret tədbirlər tələb edirik. Biz buna hazır olana qədər bizim lazımi ehtiyatlarımız yoxdur”, - deputatlardan biri əlavə edib.

Daha əvvəl xəbər verildiyi kimi, apteklərdə, xüsusən də Belçika, Bolqarıstan və Çexiyada radiasiyanın təsirini müalicə etmək üçün istifadə edilən kalium yodid həbləri və tərkibində yüksək yod olan digər preparatlar tükənib. Fevralın sonunda Bolqarıstan hökuməti nüvə təhlükəsi zamanı xüsusi texnikanın alınması üçün 4,1 milyon leva (təxminən 2,05 milyon avro) məbləğində əlavə maliyyə vəsaiti ayırmaq barədə qərar qəbul edib.


AzVision.az



Teqlər: Avropa   Radiasiya  



Xəbər lenti