Sloveniya XİN Kiyevə nümayəndə göndərəcək

Sloveniya XİN Kiyevə nümayəndə göndərəcək
  21 Mart 2022    Oxunub:818
Sloveniya Respublikası Ukraynaya etimad göstərmək üçün öz səlahiyyətli nümayəndəsini Kiyevə göndərəcək.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Anje Loqar bildirib. “Biz Ukraynaya və onun Aİ-yə daxil olması perspektivinə etimadımızı nümayiş etdirmək üçün Kiyevə səlahiyyətli nümayəndəmizi göndərəcəyik”, - Loqar deyib.

Martın 20-də Sloveniyanın baş naziri Janez Yanşa öz Twitter səhifəsində yazıb ki, Sloveniya hakimiyyəti bu həftə respublikanın diplomatik nümayəndəliyinin əməkdaşlarını Ukrayna paytaxtına qaytarmaq qərarına gəlib.

AzVision.az


Teqlər: Kiyev  



Xəbər lenti