Amazonda itən iki qardaş ay sonra sağ tapıldı

   Amazonda itən    iki qardaş ay sonra sağ tapıldı
  21 Mart 2022    Oxunub:1431
Braziliyadan olan iki qardaş Amazon meşələrində yoxa çıxsa da, bir ay sonra sağ tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə “LADBible” məlumat yayıb. Qeyd olunub ki, meşə işçisi təsadüfən itmiş məktəbliləri aşkar edilib.

Fevralın 18-də iki qardaş Qlaukon və Qleyson quş tutmaq üçün meşənin dərinliyinə gediblər və azıblar. Uşaqlarının evə qayıtmadığını görən valideynlər polisə müraciət ediblər. Yüzlərlə yerli sakin itkin düşənlərin axtarışına çıxıb, bir həftə Amazon meşələrində axtarış aparılıb.

Xilasedicilər də məktəbliləri tapa bilmədiyi üçün axtarış əməliyyatı dayandırılıb. Uşaqların taleyi ilə bağlı heç nə məlum deyildi, lakin martın ortalarında meşə işçisi təsadüfən onlara rast gəlib. Onun sözlərinə görə, qardaşlar çox arıq və dərilərində sıyrıqlar olub. Məlum olub ki, meşədə yaşadıqları müddətdə oğlanlar giləmeyvə yeyib və yağış suyu içiblər.


AzVision.az



Teqlər: Amazon   Qardaş  



Xəbər lenti