Ukraynada atışma gedir, ölən var- FOTO, VİDEO

Ukraynada atışma gedir, ölən var- FOTO, VİDEO
  13 Aprel 2014    Oxunub:1635
Ukraynanın daxili işlər naziri Arsen Avakov Ukraynanın şərqində rusiyameyllilərin nəzarətinə keçən Slavyansk şəhərində antiterror əməliyyatının başladığını elan edib. Nazir bu barədə Facebook-da yazıb.

AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, “Slavyanskda antiterror əməliyyatı başladı. Əməliyyata Təhlükəsizlik Xidməti İdarəsinin antiterror mərkəzi rəhbərlik edir. Ölkənin bütün güc strukturlarından qüvvələr cəlb edilib”, - Arsen Avakov yazıb.


Qeyd edək ki, Donetsk vilayətinin Slavyansk şəhərində milis şöbəsi rusiyameyllilər tərəfindən ələ keçirilib, mobil rabitə qüllələri məhv edilib, Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binası mühasirəyə alınıb.

Ukraynanın daxili işlər nazir Arsen Avakov bəyan edib ki, Slavyansk şəhərində keçirilən əməliyyat zamanı hər iki tərəfddən ölənlər və yaralananlar var. Güc strukturlarından Təhlükəsizlik Xidmətinin zabiti həlak olub, Təhlükəsizlik Xidmətinin antiterror mərkəzinin rəhbəri və daha dörd nəfər yaralanıb. Separatçılar tərəfdən ölən və yaralananların sayı məlum deyil.

Ukrayna Daxili İşlər Nazirliyi bəyan edib ki, milis şöbəsinin ələ keçirilməsində məqsəd silah əldə etmək olub.

Qalereya




Teqlər:  





Xəbər lenti