Çində hava limanları və hava yolları zərərlə işləyir

Çində hava limanları və hava yolları zərərlə işləyir
  21 Mart 2022    Oxunub:1227
2020-ci ilin əvvəlindən Çinin mülki aviasiya sənayesi ümumilikdə 224 milyard yuandan (təxminən 35 milyard dollar) çox zərər çəkib.
AzVision.az xəbər verir ki, bu barədə Çinin Mülki Aviasiya Administrasiyası məlumat yayıb. Bu ilin fevralına olan məlumata görə, aviaşirkətlər təxminən 170,6 milyard yuan (təxminən 26,8 milyard dollar), hava limanları isə daha 54 milyard yuan (təxminən 8,4 milyard dollar) itki verib.

Bu ilin yanvar-fevral aylarında Çində sərnişin daşınması pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə 43% azalıb. 2020-ci ilin yanvar-fevral aylarında bu azalma 33% səviyyəsində olub. Cari ilin ilk iki ayında sənayedə itkilər 22,2 milyard yuan (təxminən 3,4 milyard dollar) təşkil edib.


AzVision.az



Teqlər: Çin   Hava-limanı  



Xəbər lenti