ABŞ rəsmiləri Mask və Çin arasında maliyyə əlaqələrindən qorxurlar

ABŞ rəsmiləri Mask və Çin arasında maliyyə əlaqələrindən qorxurlar
  21 Mart 2022    Oxunub:975
ABŞ səlahiyyətliləri məxfi məlumatların sızması təhlükəsi səbəbindən amerikalı iş adamı İlon Mask ilə Çin hakimiyyəti arasında maliyyə əlaqələrindən qorxurlar.
AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Qəzetin yazdığına görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Seçim Komitəsinin üzvü Kris Stüart “SpaceX” ilə Çin hökuməti arasında birbaşa və ya dolayı əlaqələri müəyyən etmək üçün məxfi brifinqlər təklif etməyi planlaşdırır: “Mən Elon Mask və “SpaceX”-in pərəstişkarıyam, lakin şirkətin Çinlə maliyyə əlaqələri varsa, hər kəs narahat olacaq. Konqres bunu yaxşı izləmir” - deyə Kris Stüart bildirib.

Qeyd olunur ki, 2017-ci ildə Çinin “Tencent” korporasiyası İlon Maskın “Tesla” şirkətinin 5%-lik payını aldığını bəyan edib. Şirkət ABŞ-dan kənarda yeganə olan Şanxayda elektrik avtomobillərinin yığılması obyektinə malikdir. Qəzetin yazdığına görə, SpaceX, Tesla və Elon Mask nümayəndələri bu məsələ ilə bağlı şərh verməyiblər.

AzVision.az


Teqlər: Çin   Mask  



Xəbər lenti