"Rusiya əsgərləri belə uzun çəkən müharibəyə hazır deyildi" - Pentaqon

         "Rusiya əsgərləri belə uzun çəkən müharibəyə hazır deyildi" -    Pentaqon
  22 Mart 2022    Oxunub:1835
ABŞ Müdafiə Nazirliyinin saytında Ukraynada gedən döyüşlərıə bağlı diqqətçəkən məlumatlar dərc edilib. AzVision.az xəbər verir ki, Pentaqonun rəsmi saytı Rusiya qoşunlarının belə uzun çəkən müharibəyə hazır olmadığı üçün ruhdan düşdüyünü, həzi hərbi birləşmələrə isə Ukraynada konkret olaraq nə edəcəkləri barədə xəbərdarlıq belə edilmədiyini yazıb.
"Rusiya əsgərləri sadəcə olaraq, belə intensivlikdə və bu qədər uzun müddətlik, müxtəlif istiqamətləri əhatə edən əməliyyatlara tam hazır deyildilər. Onlar bu səviyyədə müqaviməti gözləmirdilər. Bəzilərinə Ukraynada əslində nə edəcəkləri barədə məlumat belə verilmədi", - məlumatda yazılıb .

Rusiya Ukraynada 15 minə yaxın hərbçi itirib
Qeyd ediir ki, lakin bütün bunlara baxmayaraq, Moskva indi çağırışçıların səylərinə arxalanmağa davam edir.

- Biz bilirik ki, onlar çağırışçılara güvənirlər və bu hələ də əsasən çağırışçılardan formalaşmış bir ordudur, - Pentaqon rəsmisi yazıb.

Qeyd edilir ki, Rusiya hər gün itkilər verməkdə davam edir. Döyüşlərdə təyyarələri, zirehli texnikaları, nəqliyyat vasitələrini, artilleriyasını, helikopterlərini və s. vacib qurğuları əldən verir.

Kiyevdəki uğursuzluqlar səbəbindən Rusiya əsas şəhərləri və onların ətraflarını bombalamağa diqqət yetirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Pentaqon  



Xəbər lenti