Zelenskiyə sui-qəsd hazırlayan qrup saxlanılıb - FOTOLAR

   Zelenskiyə sui-qəsd hazırlayan qrup saxlanılıb -    FOTOLAR
  22 Mart 2022    Oxunub:2294
Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı hazırlanmış sui-qəsdin qarşısı alınıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, hərbi əks-kəşfiyyatın əməkdaşları Ujqorodda Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti agentinin rəhbərlik etdiyi kəşfiyyat-diversiya qrupunu zərərsizləşdiriblər.

“The Times”: “Kiyevdə Zelenskini öldürmək istəyən 400-dən çox muzdlu var”
Məqalədə qeyd edilir ki, təxribat qrupu Ukrayna Prezidentini mümkün vasitələrlə aradan götürməklə yanaşı, Kiyevdə və ölkənin digər vilayətlərində təxribat aksiyaları keçirməyi planlaşdırıb.

"Onlar xüsusi kəşfiyyat-diversiya qrupunun üzvləri olublar və qrupda təmsil olunanıar FTX-nin agentləri olublar. Qrup rəhbərini operativ əməliyyat nəticəsində saxlayıblar. O, 25 nəfərlik təxribat qrupu yarada bilib və onlar silahlanaraq nəqliyyat vasitələri ilə təchiz ediliblər. Qrupu qoşunların bölgüsü adı altında Kiyevə köçürməklə hökumət məhəlləsində cinayət əməlləri həyata keçirmək planlaşdırılıbmış", - xəbərdə deyilir.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan bir neçə dəfə Prezident Zelenskiyə qarşı sui-qəsd hazırlanması barədə məlumat yayılıb.








Tural Tağıyev
AzVision.az



Teqlər:   Prezident   Ukrayna   Sui-Qəsd  



Xəbər lenti