"Biz Ukrayna hakimiyyətinin Mariupol ərazisində hərbçilərimizin guya "süzgəc düşərgələri" yaratması ilə bağlı ABŞ mətbuatında yayılan bəyanatlarına diqqət yetirdik. Qeyri-peşəkarlıq və yalan bütün sərhədləri aşır. Mətbuat "informasiya müharibəsində hər bir vasitə yaxşıdır" prinsipi ilə fəaliyyət göstərir”, – səfirliyin "Telegram" kanalında dərc etdiyi bəyanatda deyilir.
Diplomatlar qeyd ediblər ki, bu, aktiv döyüş əməliyyatları zonasını tərk edən mülki şəxslər üçün keçid məntəqələridir. Səfirlik Amerika mediasını “öz vətəndaşlarından canlı qalxan kimi istifadə edən və Mariupolun yaşayış məntəqələrində ağır silahlar yerləşdirən” Ukrayna qoşunlarının “cinayətkar əməllərinə diqqət yetirməyə” çağırıb.
Qeyd edək ki, “Washington Post”, “Guardian” və “Fortune” qəzetləri Mariupolda bəzi insanların aradan götürülməsi, bəzilərinin isə əmək düşərgələrinə sürgünü üçün vətəndaşların şəhərdən çıxarılmasını nəzərdə tutan siyahıların tutulduğu barədə məlumat yayıb.
Tural Tağıyev
AzVision.az