Rusiya səfirliyi "süzgəc düşərgələri" iddiasına sərt reaksiya verdi

   Rusiya səfirliyi    "süzgəc düşərgələri"    iddiasına sərt reaksiya verdi
  22 Mart 2022    Oxunub:1235
Rusiyanın ABŞ-dakı səfirliyi sosial şəbəkələrdə Qərb mediasını tənqid edən paylaşım edib. AzVision.az xəbər verir ki, səfirlik Mariupolda “süzgəc düşərgələri” yaradıldığına dair nəşrləri qeyri-peşəkarlıq və bütün sərhədləri aşan yalan adlandırıb.
"Biz Ukrayna hakimiyyətinin Mariupol ərazisində hərbçilərimizin guya "süzgəc düşərgələri" yaratması ilə bağlı ABŞ mətbuatında yayılan bəyanatlarına diqqət yetirdik. Qeyri-peşəkarlıq və yalan bütün sərhədləri aşır. Mətbuat "informasiya müharibəsində hər bir vasitə yaxşıdır" prinsipi ilə fəaliyyət göstərir”, – səfirliyin "Telegram" kanalında dərc etdiyi bəyanatda deyilir.

Zelenskiyə sui-qəsd hazırlayan qrup saxlanılıb - FOTOLAR
Diplomatlar qeyd ediblər ki, bu, aktiv döyüş əməliyyatları zonasını tərk edən mülki şəxslər üçün keçid məntəqələridir. Səfirlik Amerika mediasını “öz vətəndaşlarından canlı qalxan kimi istifadə edən və Mariupolun yaşayış məntəqələrində ağır silahlar yerləşdirən” Ukrayna qoşunlarının “cinayətkar əməllərinə diqqət yetirməyə” çağırıb.

Qeyd edək ki, “Washington Post”, “Guardian” və “Fortune” qəzetləri Mariupolda bəzi insanların aradan götürülməsi, bəzilərinin isə əmək düşərgələrinə sürgünü üçün vətəndaşların şəhərdən çıxarılmasını nəzərdə tutan siyahıların tutulduğu barədə məlumat yayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Səfirlik   Media  



Xəbər lenti