Qeyd olunur ki, hadisə Kuqarçinski rayonunun Mrakovo kəndində baş verib. Yanğınsöndürənlər gələnə qədər evdə yaşayan cütlük təxliyə edilib və onlar xəsarət almayıblar.
"7-ci sinif şagirdi Arslan Şafiqovun sayıqlığı, cəsarəti və qətiyyəti sayəsində onların həyatına heç bir təhlükə yaranmayıb. O, yanğını görüb, yanğın barədə xəbərdarlıq etmək üçün qonşuların evinə gedib və yanğınsöndürənləri də çağırıb", - məlumatda deyilir.
Yanğının genişləndiyini və qocaların əlilliyə görə artıq evdən çıxa bilmədiyini görən oğlan onlara pəncərədən xilas olmağa kömək edib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


