İrəvan Rusiya əleyhinə qətnamədə bitərəflik nümayiş etdirib
Bildirilir ki, Ermənistan nümayəndə heyətinə parlamentin sədri Alen Simonyan başçılıq edib. Məqalə müəllifi qeyd edir ki, Rusiyanın Ukraynada başlatdığı müharibə ilə bağlı iki sənəd iştirakçılar tərəfindən müzakirəyə təqdim edilib. Onlardan biri qəti şəkildə anti-Rusiya xarakteri daşıyıb və Yeni Zelandiya nümayəndə heyətinin təşəbbüsü ilə irəlis ürülüb. İkincisi isə bir qədər "yumşaq" sənəd sayılıb və ev sahibi tərəfindən təqdim edilib.
"Sonda Yeni Zelandiyanın qətnaməsi qəbul olunub və Ermənistan tərəfi səsvermədə bitərəf qalıb. Lakin İrəvan İndoneziya variantını dəstəkləyib. Oxşar mövqedən İran, Qazaxıstan, İndoneziya, Nigeriya, Paraqvay, Qətər, Suriya, BƏƏ, Tanzaniya, Vyetnam, Yəmən, Zimbabve, Əlcəzair, Bəhreyn, Belarus, Cənubi Afrika Respublikası, Çin və İordaniya parlamentariləri də çıxış ediblər", - məqalədə yazılıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan Rusiya







Vaxtında, Aydın, Lazımlı!


