BQXK Kiyevdə tarixinin ən böyük əməliyyatlarından birini reallaşdırıb

     BQXK Kiyevdə tarixinin ən böyük əməliyyatlarından birini reallaşdırıb
  22 Mart 2022    Oxunub:1792
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ukraynadakı işi büdcə baxımından təşkilat tarixində ən böyük fəaliyyətlərdən biri olub. AzVision.az xəbər verir ki, bunu, BQXK prezidenti Peter Maurer Ukraynanın “Seqodnya” nəşrinə müsahibəsində deyib.
- Müqayisə üçün qeyd edək ki, son səkkiz il ərzində biz ildə təxminən 75 milyon İsveçrə frankı xərcləmişik. Bizim Ukrayna büdcəmiz də eyni oldu - 75 milyon frank. Ukraynaya dair büdcəni iki dəfə artırdıq. Faktiki olaraq 155 milyona çatdırdıq. Donorlarımız çox səxavətli idi. Nəticədə hazırda əlimizdə 250 milyon İsveçrə frankı var. Beləliklə, fəaliyyətimizi əhəmiyyətli dərəcədə artırmaq imkanımız olacaq, - Maurer deyib.

Onun sözlərinə görə, digər iki böyük əməliyyatın büdcəsi Suriya və Əfqanıstana aid olub. Burada hər biri üçün təxminən 180-190 milyon İsveçrə frankı təşkil edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti