"Son sutkada 137 hərbi obyekt vurmuşuq" - Rusiyalı general

   "Son sutkada 137 hərbi obyekt vurmuşuq" -    Rusiyalı general
  22 Mart 2022    Oxunub:1788
Rusiya ötən gün Ukrayna ordusuna vurduğu zərərlə bağlı məlumat yayıb. AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov brifinq zamanı hərbi aviasiyasının sutka ərzində 137 obyekti vurduğunu deyib.
- Gün ərzində operativ-taktiki və ordu aviasiyası Ukraynanın 137 hərbi obyektini vurub. Onların arasında altı komanda-idarə mərkəzi və rabitə mərkəzi, iki reaktiv yaylım atəş sistemi qurğusu, bir zenit-raket kompleksi, səkkiz raket anbarı və s. artilleriya silahları və sursatları, eləcə də 101 yerlik hərbi texnikanın toplanma məkanı da var, - Konaşenkov deyib.

Qeyd edək ki, bu gün Ukrayna da son sutkada Rusiyanın verdiyi itkilərlə bağlı məlumat yayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti