"Kinjal" raketini dayandırmaq mümkün deyil" - Bayden

   "Kinjal" raketini dayandırmaq mümkün deyil" -    Bayden
  22 Mart 2022    Oxunub:1262
ABŞ prezidenti Co Bayden ilk dəfə Ukraynada döyüşlərdə istifadə edilən Rusiyanın “Kinjal” hipersəs raketlərindən danışıb. AzVision.az xəbər verir ki, prezident qeyd edib ki, “Kinjal”lar faktiki olaraq qarşısıalınmaz raketlərdir.
- O, hər hansı digər raketlə eyni döyüş başlığına malikdir. Böyük bir fərqi yoxdur. İstisna odur ki, onu demək olar ki, dayandırmaq qeyri-mümkündür, - Bayden biznes nümayəndələri ilə görüşdə deyib.
Rusiya Ukraynanı ilk dəfə hipersəs raketlə vurdu: Yeraltı anbar dağıdılıb

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bir müddət öncə İvano-Frankovsk vilayətində hipersəs raketi ilə yeraltı anbarı vurması barədə məlumat yaymışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Raket  



Xəbər lenti