Yüksək rütbəli rus zabit əsir düşüb - FOTO

   Yüksək rütbəli rus zabit əsir düşüb -    FOTO
  22 Mart 2022    Oxunub:2607
Ukrayna mediası daha bir yüksək rütbəli rus zabitinin əsir düşməsi barədə məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar əsirin fotosunu və hərbi biletini də paylaşıblar.
"Bizim 128-ci əlahiddə briqada Rusiyanın 58-ci qərargahının yüksək rütbəli zabitini ələ keçirib. Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya ordusu ilə atışma zamanı əsir götürülən şəxs düşmənin 47084 saylı hərbi hissəsinin informasiya-psixoloji əks-tədbir qrupunun rəhbəri Aleksandr Koşeldir. O, 1982-ci il təvəllüdlüdür.

Rusiya əsgərlərinin vurulma anı - VİDEO
Əməliyyatı reallaşdıran hərbçilərimiz deyiblər ki, Koşeli əsir götürdükdən dərhal sonra işğalçılar onu azad etməyə çalışan əhəmiyyətli qüvvələri əməliyyata cəlb ediblər. Hətta aviasiya da qaldırılıb. Lakin düşmənin atəşi nəticəsində heç kim xəsarət almayıb, əsir təhlükəsiz yerə, arxa bölmələrə aparılıb.

Əsirin azad olunması üçün göstərilən çabalar başa düşüləndir. Çünki Koşel Rusiya Federasiyasının 58-ci Ordusunun komandanı Mixail Zusk ilə birbaşa əlaqə saxlayan və şəxsən ona gündəlik hesabat verən zabit olub. Yeri gəlmişkən, Zusk özü Ukraynadan, Volın vilayətinin Kamen-Kaşırski rayonunun kiçik Vetli kəndindəndir. İndi o, Ukraynaya qarşı döyüşür, lakin kifayət qədər uğursuz görünür.

O da qeyd olunur ki, döyüşdə rusların yük maşını məhv edilib. Eyni zamanda, 128-ci əlahiddə briqadanın məlum hadisə ilə bağlı paylaşımında qeyd edilir ki, işğalçı polkovnik-leytenant Ukrayna Silahlı Qüvvələrinə məxsus alt paltarı və corabında olub", -məqalədə yazılıb.

Qeyd edilir ki, hazırda əsir əks-kəşfiyyatın əməkdaşları tərəfindən dindirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Əsir   Ukrayna   Rusiya  



Xəbər lenti