Kiyev Moskvanın itkilərini açıqladı: 99 təyyarə, 15 mindən çox heyət

   Kiyev Moskvanın itkilərini açıqladı:    99 təyyarə, 15 mindən çox heyət
  22 Mart 2022    Oxunub:1378
Ukrayna mediası Rusiyanın Ukraynadakı itkilərinin sayını açıqlayıb. AzVision.az xəbər verir ki, saytlar Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinad ediblər.
Qeyd olunur ki, müharibə başlayandan Rusiyanın Ukrayna torpaqlarında verdiyi canlı qüvvə itkisi artıq 15,3 min nəfərə çatıb.

"Son sutkada 137 hərbi obyekt vurmuşuq" - Rusiyalı general
"Fevralın 24-dən martın 22-dək düşmənin şəxsi heyətinin ümumi döyüş itkiləri 15,3 min nəfərə yaxındır. Həmçinin, müharibənin əvvəlindən işğalçılar 509 tank, 1556 zirehli döyüş maşını, 252 artilleriya sistemi, 80 reaktiv yaylım atəş sistemi, 45 hava hücumundan müdafiə sistemi, 99 təyyarə, 123 helikopter, 1000 texnika, 3 gəmi və qayıq, yanacaq-sürtkü materialları olan 70 sistern, 35 əməliyyat-taktiki səviyyəli PUA və 15 ədəd xüsusi texnika itiriblər", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   İtki  



Xəbər lenti