Gürcüstan COVID-19-la bağlı bəzi məhdudiyyətləri ləğv etdi

Gürcüstan COVID-19-la bağlı bəzi məhdudiyyətləri ləğv etdi
  22 Mart 2022    Oxunub:1235
Gürcüstanda bir sıra Koronavirus məhdudiyyətləri ləğv edilir. AzVision.az xəbər verir ki, bununla bağlı COVID-19-la Mübarizə üzrə İdarələrarası Əlaqələndirmə Şurasının iclasından sonra bir sıra qərarlar qəbul edilib.
Yeni qərara əsasən martın 28-dən Gürcüstanda açıq havada maska taxmaq tələbi ləğv olunacaq. Bundan əlavə, eyni tarixdə Gürcüstanda ictimai iaşə obyektlərinə, eləcə də idman, incəsənət və digər tədbirlərlə bağlı say məhdudiyyətləri ləğv ediləcək.

Həmçinin PCR test olmadan Gürcüstana qayıdan ölkə vətəndaşları özünütəcrid öhdəliyindən azad olunacaqlar.

AzVision.az



Teqlər:



Xəbər lenti