Ukrayna prezidentlərin görüşü üçün şərti açıqladı

Ukrayna prezidentlərin görüşü üçün şərti açıqladı
  22 Mart 2022    Oxunub:1233
“Ukrayna və Rusiya prezidentlərinin görüşü sülhün bərpası üçün açardır. Belə bir sammit təkbətək söhbət üçün mümkün kompromislər işlənib hazırlandıqda baş tuta bilər”.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində deyib.

“İstənilən prinsipial qərarlar yalnız hər iki ölkənin prezidenti – Rusiya və Ukrayna liderlərinin görüşündə qəbul oluna bilər”, – Podolyak qeyd edib.

Onun sözlərinə görə, Zelenski bu gün iki ölkə arasında baş verənlərin bütün aspektlərini dəqiq dərk edən yeganə şəxsdir.

AzVision.az



Teqlər:



Xəbər lenti