Onun sözlərinə gprə ölkədə Avropa Birliyinin sanksiyalarına salınmış Rusiya oliqarxlarının həbs qoyulmuş aktivlərinin dəyəri 800 milyon avrodan çoxdur.
- Tərəfdaşlarımızla razılaşdığımız sanksiyalar Rusiya hökumətini hərbi əməliyyatları dayandırmağa, ciddi və səmimi şəkildə danışıqlar masasına oturmağa yönəltmək məqsədi daşıyır. Bizi parçalamaq istəyən Rusiyadan əvvəl biz Aİ və NATO kimi birlik nümayiş etdirdik. Bu sanksiyalar Rusiya iqtisadiyyatına, maliyyə bazarlarına və prezident Putinə yaxın şəxslərin şəxsi sərvətlərinə ağır zərbə vurdu. İtaliyada Aİ siyahılarında olan oliqarxların 800 milyon avrodan çox aktivini dondurduq, - Baş nazir deyib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra Avropa Birliyi və bir sıra ölkələr Rusiya oliqarxların əmlak və bank hesablarına həbs qoyublar. Bu addım həmin şəxslərin Rusiya rəhbərinin məlum hərbi əməliyyatlara dəstək vermələri ilə əlaqləndirirlir.
Tural Tağıyev
AzVision.az