Suriyalı tələbələr Rusiya ordusuna dəstək mitinqi keçirdi - VİDEO

   Suriyalı tələbələr Rusiya ordusuna dəstək mitinqi keçirdi -    VİDEO
  22 Mart 2022    Oxunub:1367
Suriyanın Latakiya bölgəsində yerləşən Tişrin Dövlət Universitetinin minlərlə tələbələri Rusiyaya dəstək aksiyası keçiriblər. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, aksiya iştirakçıları Ukraynadakı hərbi xüsusi əməliyyatlara dəstək sözləri ilə yanaşı, Qərbin və ABŞ-ın Rusiyaya əleyhinə olan fəaliyyətlərinə, NATO-nun şərqə doğru irəliləməsinə qarşı çıxışlar ediblər.

Ermənistanda şagirdlər Rusiyaya dəstək verdi – FOTOLAR
"Tələbələr qeyd ediblər ki, Rusiyaya qarşı informasiya və ictimai təzyiqlər qəbuledilməzdir və bu Moskvanını dünyada "Demonizasiyası" məqsədi daşıyır. Etirazçılardan biri mətbuata açıqlamasında deyib ki, “12 illik müharibədən sonra suriyalılar Qərb təbliğatının necə işlədiyini və ABŞ-ın müdaxiləsinin hansı nəticələrə gətirib çıxaracağını yaxşı bilirlər".

Qeyd edək ki, ötən həftə minlərlə insan Suriyanın Dəməşq, Hələb, Homs və Deyr əz-Zor şəhərlərində də Rusiyaya dəstək mitinqi keçirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Suriya   Rusiya   Aksiya  



Xəbər lenti