İtaliyalı arxiyepiskop NATO-nu təqsirləndirib

   İtaliyalı arxiyepiskop NATO-nu təqsirləndirib
  22 Mart 2022    Oxunub:1893
“NATO-nun hərəkətləri Ukraynadakı münaqişənin səbəblərindən biridir”. Sülh uğrunda “Paks Kristi” beynəlxalq katolik hərəkatının İtaliya bölməsinin rəhbəri arxiyepiskop Covanni Rikkyuti belə açıqlama verib.
AzVision.az İtaliya mediasına istinadən bildirir ki, İtaliyalı din xadiminin fikrincə, NATO-nun Şərqə doğru yenidən genişlənmək barədə hipotetik planları Ukraynada münaqişənin başlamasının səbəblərindən biridir.

- Mən əvvəl olduğu kimi yenə də düşünürəm ki, bu gün Rusiyanın və Ukraynanın belə faciəvi və ciddi münaqişəni yaşamalarının səbəblərindən biri məhz NATO-nun Kiyevə qədər genişlənməsi ehitmalıdır, - arxiyepiskop Covanni Rikkyuti “Fatto kuotidyano” qəzetinə müsahibəsində bildirib.

Arxiyepiskopun fikrincə, əgər bu günün öznüdə NATO alyansın Şərqə doğru genişlənmək, Ukraynada raketlər və bazalar yerləşdirmək həvəsinin olmadığına zəmanət versə, bu, gərginliyin səngiməsinə əhəmiyyətli töhfə ola bilər.

Rusiya prezidneti Vladimir Putinin əmri ilə “xüsusi hərbi əməliyyat” adı altında Rusiya silahlı qüvvələri fevralın 24-dən Ukrayna ərazisinə yeridilib. Bir aya yaxındır ki, Ukrayna ərazisində gedən qanlı müharibədə hər iki tərəfdən minlərlə hərbçi və yüzlərlə hərbi texnika məhv edilib, yüzlərlə dinc ukraynalı həlak olub. Ukraynanın bəzi şəhərləri demək olar ki, yer üzündən silinib. Hərbi əməliyyatların tezliklə dayandırılacağı ehtimalı isə demək olar ki, sıfıra bərabərdir.


Sahil İsgəndərov

AzVision.az


Teqlər: Ukrayna   NATO  



Xəbər lenti